Site icon Frame.az

CinemaPlus-da “Napoleon” filminin premyeradan öncə nümayişi keçirilib

“28 Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında Fransa imperatoru “Napoleon” haqqında bioqrafik filmin premyera öncəsi nümayişi keçirilib.

İmperator Napoleon Bonapartın həyatından bəhs edən tarixi dramın rejissoru Ridli Skottdur. Baş rolu təkrarolunmaz Xoakin Feniks oynayır. 

Filmin ssenarisini Devid Skarpa, musiqisini Martin Fipps yazıb.

Filmdə böyük komandirin hakimiyyətə gəlməsi, onun sevgilisi imperatriça Jozefina ilə münasibəti, Vanessa Kirbi və Tahar Rəhimin inqilabçı Paul Barras rolunu canlandırdıqları xronikadan bəhs edilir. 

Film Bonapartın yeganə əsl sevgisi Jozefina ilə qeyri-sabit münasibəti və onu hakimiyyətə aparan çətin yolunun hekayəsi haqqındadır. Jozefina rolunu Vanessa Kirbi, Tahar Rəhimin inqilabçı rolunu isə Paul Barras canlandırıblar.

Tədbir günü kinoteatrda xüsusi ab-hava var idi. Çiçəklər, çilçıraqlar, şamlar və instrumental trio ilə qızıl tağlar XIX-cu əsrin Fransız dövrünün üslubunu yaratdı.

Şirniyyat və Napoleon tortları gecəyə bayram əhval-ruhiyyəsi bəxş edib. Girişdə qonaqları Napoleonun özünün kospleyi və gözəl xanımlara gül paylayan ağ mələk qarşılayıb. Tədbirin əyləncəli hissəsi Aleksandr Barkovun rəhbərliyində olan “ASgarden”-in Vals rəqsi ilə başa çatıb.

Nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, blogerlər və iri təşkilatların sahibkarları dəvət olunub.

Tədbirin təşkilində Brand Media Groups, “Orli” event şirkəti, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “Janna”dan şirniyyat məmulatı və “7 Gül” gül butiki dəstək göstəriblər.

Noyabrın 23-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində ən çox gözlənilən filmlərdən biri 3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdirilir. Həmçinin, “Napoleon” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə Dəniz Mall-da yerləşən CinemaPlus-da baxmaq olar.

https://youtu.be/qnRkBJX5MxQ

Exit mobile version