Site icon Frame.az

“CinemaPlus” da qızmar “Kino Gecəsi” keçirildi

Avqustun 10-dan 11-nə keçən gecə “CinemaPlus Amburan” kinoteatrında üç filmdən ibarət qızmar “Kino Gecəsi” baş tutdu.

22:30-dan səhər saat 6:00-dək qonaqlar üçün “Məni atan cəsus”, “Şər” və “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilinə dublyaj olunan “Dağlı ailə” filmlərinin nümayişi keçirilib.

Bütün gecəni səhərədək DJ qonaqları dinamik musiqi ilə əyləndirib. Həmçinin alkoqollu və alkoqolsuz içkilər olub.

Tədbirin təşkilində dəstək olmuşdurlar:  “Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution, Red Bull, Ganja Sharab, “Banketnaya” araqları və “Gala” şərabları.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

Frame.az

Exit mobile version