CinemaPlus-da “Roma şahzadəsi” cizgi filmi Azərbaycan dilində nümayişə başlayır

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Aprelin 16-dan İran istehsalı olan “Roma şahzadəsi” cizgi filmi Azərbaycan dilində nümayiş ediləcək.

Cizgi filmi ilk dəfə 33-cü Fajr Beynəlxalq Film Festivalında nümayiş etdirilib. Animasiya həmçinin ərəb dilində dublyaj edilib və İraq, Küveyt, Livan və bəzi digər Yaxın Şərq ölkələrində yayımlanıb.

“Roma şahzadəsi” cizgi filmində 40 personaj iştirak edir, onların yaradılmasında 100-ə yaxın mütəxəssis iştirak edib.

Rejissor Hadi Muhəmmədi.

Müddəti 90 dəqiqə. Yaş həddi 6+.

“Roma Şahzadəsi” xristian şahzadə Məlikanın enişli yoxuşlu həyatını sərgiləyən bir animasiya filmidir. Məlika ata tərəfdən İsa peyğəmbərin caneşini Yuşanın, ana tərəfdən isə Roma imperatorunun nəvəsi hesab olunur. Bir zamanlar dünyanın Qərbində şahzadə olaraq yaşayan Məlikanın Şərq torpaqlarına kölə olaraq gətirilmə hadisəsində olduqca faydalı ibrətlər yatmışdır.

“CinemaPlus” hər zaman balaca tamaşaçılara xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: