CinemaPlus-da “Tamirhane” türk tragikomediya filminin nümayişi baslayır

“CinemaPlus” kinoteatrlar şəbəkəsində noyabrın 11- dən etibarən “Tamirhane” Türk tragikomik filminin nümayişi başlayır.

Filmin rejissoru məşhur aktyor Erkan Kolçak Köstendil, ssenaristi isə Bülent Şakrakdır. Həmçinin onlar də filmdə rol alırlar.

Baş rollarda: Nejat İşler, Merve Dizdar, Rıza Kocaoğlu, Ali Seçkiner, Erkan Kolçak Köstendil, Bülent Şakrak.

Baş qəhrəmanlar Yılmaz və Müjdat iki dostdur. Onlar uşaqlıqdan bir-birilərini tanıyırlar, eyni uşaq evində böyüyüblər. İndi isə birlikdə avtomobil təmirxanasında işləyirlər.

Günlərin bir günü, hər şeydən narazı olan yaşlı bir kişi maşınını təmir etmək üçün onların yanına gəlir. Söhbətin gedişatında maşının sahibi infarkt keçirir və ölür. İki dost fikirləşirləşir ki, onları qətldə ittiham edə bilərlər.

Yılmaz və Müjdat qocanın cəsədini yanacaq çəninə qoyurlar. Daha sonra cəsədin olduğu yanacaq çənindən götürülmüş həlledici ilə rənglədikləri avtomobillərin gözəl görünməyə başladığını görürlər. O andan etibarən Yılmaz və Müjdatın həyatı tamamilə dəyişir.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

https://www.youtube.com/watch?v=fsQQf96cM-M

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: