CinemaEventsTəqdimatƏyləncə

CinemaPlus-da “Zona” Azərbaycan komediya filminin nümayişi başladı

 “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Cinemazadeh” studiyasının bənzərsiz, hətta qəribə bir ideyalı “Zona” filminin nümayişi başladı.

Komediya janrında olan filmdəki hadisələr, situasiyalar uydurmadır.

“Zona” filminin baş prodüseri Cəfər Axundzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, rejissoru Vüsal Hacıqədir, operatoru Orxan Məmmədov, quruluşçu rəssamı Zaur Abdullayev, bəstəkarı Ruhin Məmmədzadə, geyim üzrə rəssamı Mehriban Əfəndi, qrim üzrə rəssamı Aytən Hüseynzadədir. 

Filmin aktyor heyəti Məcid Hüseynov, Tural Əsədov, Aqil M. Quliyev, Taleh Yüzbəyov, Faiq Mirzəyev, Elsevər Camal, Əlixan Rəcəbov, İslam Mehrəliyev, Nöfəl Şahmaroğlu, Elvin İbra, Erkin Ergin, Tərlan Nur Yaşar, Samir Ələsgərov, Şəlalə Şahvaladqızı və digər məşhur simalardan ibarətdir.

Filmin baş qəhrəmanı sadəlöhvlüyü ucbatından şəhərdə qeyri-rəsmi fəaliyyət göstərən kollektor şirkətində işə düzəlir. Onun vəzifəsi banklara və ya fiziki şəxslərə borcu olanlardan həmin borcu almaqdır. İşini uğurla görən qəhrəmanın borcalanlarından biri ölü tapılır və bütün dəlillər ona qarşı olduğuna görə qəhrəman həbs olunur. Filmin əsas hissəsi Quantanamo, Alkatras həbsxanasını xatırladan bir yerdə cərəyan edir. Baş qəhrəman özünün günahsızlığını sübut etmək üçün həbsxanadan qaçış planı düşünür. Amma bu həbsxanadan qaçmaq mümkün deyil.

Media dəstək Azad Azərbaycan Telaradio Yayım şirkəti, 106 FM və 106.3 FM-ə aiddir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan “Zona” filmi kinosevərlərin Yeni ilini daha maraqlı və rəngarəng edəcək. 

https://www.youtube.com/watch?v=m2gVDoJpMII&t=1s

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!