Təqdimat

“CinemaPlus” yeni “Hədiyyə kartları” təqdim edib

“CinemaPlus” kinoteatrlar şəbəkəsi yeni məhsulunu – “Hədiyyə kartları” təqdim edib.

“Hədiyyə kartları” – hər kəsin ürəyincə olacaq xoş sürpriz etmək üçün unikal imkandır. Çünki kartlar real pulları əvəz etməklə yanaşı, həmçinin, hamının sevimlisi olan kino qəhrəmanları əks olunan xüsusi dizayn əsasında hazırlanıb. Bu isə xüsusi əhəmiyyət verir. Hədiyyə kart sahibi özü, kartın üzərində qeyd olunan məbləğdə filmi, zalı və seansın vaxtını seçə bilər. Kartların nominalları: 50, 100 və 250 manat

Həmçinin fərdi kart da əldə etmək olar. Bu kart, müştərinin sifarişi əsasında hazırlana bilər. Yəni sifarişçi kartın dizaynını, yazısını və rəngini özü seçə bilər.

Kartdan məbləği istifadə etdikcə azalır. Həmin məbləği bir dəfəyə olduğu kimi, bir neçə dəfə kinoteatra gəlməklə də istifadə etmək olar. Bir alışı bir neçə kartın qalıq vəsaitləri ilə ödəniş etmək olmaz. Həmçinin kartda olan vəsaitlər pula dəyişdirilə bilməz.

Kart “CinemaPlus” kinoteatrlar şəbəkəsinin mülkiyyətidir və sıfır qalıqa çatdıqda kart sahibinin xahişi ilə kinoteatrın kassirləri tərəfindən artırıla bilər.

“Hədiyyə kartı” “CinemaPlus” kinoteatrlar şəbəkəsinin kassalarından əldə etmək mümkündür və itirildiyi və ya zədələndiyi zaman bərpa olunmur.

Kinonu hər kəs sevir! Kinoya baxmağı isə “CinemaPlus”da sevirlər!

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!