“CinemaPlus” kinoteatrlar şəbəkəsində 20 yanvarda “Qanlı Yanvar” filminin ödənişsiz nümayişi keçiriləcək.
Filmin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.
Film 1990-cı ilin 20 yanvar faciəvi hadisələrindən bəhs edir. İki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası Xədicədir.
Əlavə olaraq, 20 Yanvarda “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxaracaq.