CinemaIdmanTəqdimat

“CinemaPlus”da dünya şöhrətli ağır atlet Naim Süleymanoğlu haqqında film nümayiş olundu

“CinemaPlus 28 Mall” Premium-klass kinoteatrında “Cep Herkülü: Naim Süleymanoğlu” adlı türk filminin nümayişi baş tutub.

Film Türkiyə və dünya idman tarixində silinməz izlər qoyan məşhur ağır atlet Naim Süleymanoğluna həsr olunub. Bioqrafik filmin rejissoru Özer Feyzioğludur. Baş rollarda Hayat Van Ek, Yetkin Dikinciler və Selen Öztürk çəkilib.

Tədbirin xüsusi qonaqları dördqat dünya, yeddiqat Avropa çempionu olan Vüqar Namazov, Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev, üçqat dünya və yeddiqat Avropa çempionu Ramil Əhmədov, 75 kq-da dördqat dünya, üçqat Avropa çempionu və dünya rekordçusu Rövşən Xəlilov olublar. Həmçinin, tədbirdə maraqlı tematik müsabiqələr keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.

“Cep Herkülü” ləqəbli Naim Süleymanoğlu Bolqarıstanda anadan olmuş və daha sonra Türkiyə vətəndaşlığını qəbul etmiş bir etnik türkdür. 47 dünya rekorduna, üç fərqli Olimpiya oyununda qazandığı üç Olimpiya qızıl medalına, eyni zamanda, altı Avropa çempionatına, yeddi dünya çempionatına və bir çox digər layiqli nailiyyətlərə sahibdir.

Öz çəkisininin üç dəfə artığını qaldıra bilən yeganə idmançı olub. İlk dünya rekordunu 15 yaşında qazanıb. Naim Süleymanoğlu Türkiyə xaricindəki olimpiadalarda qızıl medal qazanan ilk idmançıdır. O, əldəolunmaz rekordları qıraraq hər kəsi geridə qoyub.

Tədbirin təşkilinə “Cinema Distribution”, “VitrFitness” idman sağlamlıq kompleksi və “Şeh Su” dəstək göstəriblər.

“Cep Herkülü: Naim Süleymanoğlu” filmi yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.

“CinemaPlus” hər zaman sizi kino tarixinin ən yaxşı premyeraları ilə sevindirməyə və xoş sürprizlər etməyə hazırdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!