Site icon Frame.az

“CinemaPlus”da Leninqradın blokadadan azad olunmasının 75 illiyi münasibətilə tədbir keçirilib

Gənclik Mall TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında, Azərbaycanın Rus İcması ilə birgə Leninqradın blokadadan azad olunmasının 75 illiyinin bayram edilməsi münasibətilə tədbir keçirilib.
Qəhrəman şəhərin sakinlərinin böyük fədakarlığı hər zaman insanların ürəklərində qalacaq. Azərbaycan xalqı həmin qəhrəmanlıq yolunu keçən cəbhəçi-qəhrəmanları və Böyük Vətən müharibəsinin arxa cəbhəsinin əməkçilərini ehtiram edir və xatırlayır.

Tədbirə Leninqradda blokadada qalmış insanlar, Böyük Vətən müharibəsi veteranları, Rus Pravoslav Kilsəsinin nümayəndələri, Rusiya Federasiyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri, Azərbaycanın Rus İcmasının üzvləri və KİV nümayəndələri dəvət olunmuşdular.
Qonaqları “CinemaPlus” kinoteatrlar şəbəkəsinin İcitimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nərmin Həsənova salamlamışdır. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Azərbaycanın Rus İcmasının Sədri Zabelin Mixail Yuryeviç, Rusiya Federasiyanın Azərbaycandakı Səfirliyinin ikinci katibi Naniyeva Alla Borisovna və Azərbaycanın Rus İcmasının əmək və müharibə veteranlarının işləri üzrə kommissiyasının nümayəndəsi Anisimov Dmitriy Vladirmiroviç çıxış etmişdir.
Tədbirin rəsmi hissəsindən sonra “Leninqradı xilas etmək” rus hərbi dramasının nümayişi keçirilmişdir. Film real hadisələr əsasında çəkilib. Filmin rejissoru Aleksey Kozlovdur. Baş rollarda Mariya Melnikova, Andrey Mironov-Udalov və Anastasiya Melnikova.

Frame.az

Exit mobile version