CinemaEventsTəqdimatƏyləncə

“CinemaPlus”da Selin Diona həsr olunmuş “Sevgi səsi” filminin nümayişi ilə bağlı tədbir keçirilib

Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında məşhur kanadalı müğənni Selin Dionun həyat hekayəsindən bəhs edən “Sevgi səsi” filminin nümayişi ilə bağlı tədbir keçirilib.

Tədbirdə gənc istedadlı ifaçılar Vlada Axundova və Elvin Novruzov (L’veen) Selin Dionun məşhur mahnılarını canlı ifa ediblər.

Şou-biznes ulduzları, jurnalistlər, bloqqerlər və iri qurumların rəhbərləri tədbirdə kinoteatrın qonaqları olublar.

Tədbirin təşkilində dəstək göstəriblər: “Beverly Hills” restoranı, “Light in Black” kreativ şirkəti, “Savalan Winery”şirkəti, Red Bull və Sheh su.

Filmin yaradıcısı, rejissor, ssenarist və baş rolda çəkilən Valeri Lemersye müğənninin çoxdankı pərəstişkarıdır.Lemersye üçün, onun qəhrəmanının hekayəsi, Dionun özü kimidir. Selin bir çox maneələrə baxmayaraq, pəncərə qırağında ağlamır, hər zaman özü olaraq qalan, güclü və istedadlı qadındır.Sevməyi və sevilməyi bilən böyük bir Kvebek ailəsindən olan sadə bir qız.

Baş rollarda:Valeri Lemersye, Kerol Ueyers və Silven Marsel.

Film haqqında qısa məlumat:Məşhur prodüser əyalətdə unikal səsi olan qızı tapır: onun ulduz olmaq və dünyanın ən tanınmış müğənnilərindən biri olmaq üçün böyük şansı var. Ancaq xəyaldan onun həyata keçməsinə qədər bir çox addımlar var. Və sevgi həyatda əsas şeyə çevriləndə hədəfə doğru getmək çox çətindir …

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!