CinemaEventsTəqdimat

“CinemaPlus”da Türk qorxu filmi “Korku Takvimi”

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Dras Film Pictures-in istehsalı olan “Korku Takvimi” Türk qorxu filminin nümayişi başlayıb.

Filmin rejissoru: Yunus Şevik.

Baş rollarda: Melisa Seda, Zafer Kora və Nevin Efe.

Müddəti 100 dəqiqə. Yaş həddi 18+

Film haqqında qısa məlumat: Hülyanın ən böyük arzusu məşhur aktrisa olmaqdır. Bir gün o arzuladığı baş rol təklifini alır. Amma bilmirdi ki, baş rolu oynamayacaq, həyat onunla amansızcasına oynayacaq.Yaxın dostu Ebru və rol yoldaşı Tahirlə çəkiliş meydançasına gedərkən qarşılaşdıqları qəza ilə başlayan macəra əslində ən məsum hadisə olacaq. Çəkilişlərin başladığı və arzusuna çatdığı günün gecəsi Hülya anlaya bilmədiyi hadisələrlə üzləşir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

https://www.youtube.com/watch?v=TFSQrhTG-7k

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!