Site icon Frame.az

CineMastercard-da “Joker: İki nəfərlik dəlilik” filminin premyeradan öncə nümayişi keçirilib

“28 Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında “Joker: İki nəfərlik dəlilik” Amerika musiqili-psixoloji trillerinin premyeradan öncə nümayişi keçirilib.

Filmdə Joker və Harli Kvin əsas rollarını amerikalı aktyor, Oskar mükafatçısı Hoakin Feniks və müğənni Ledi Qaqa canlandırıblar. Filmdə həmçinin Zazi Bitz, Brendan Qlison, Cetrin Kiner, Ceykob Loflend və Qarri Louti də çəkilib.

Rejissor Todd Fillipsdir.

Premyera Venesiya Film Festivalında baş tutdu. Müzikl tamaşaçılar tərəfindən 11 dəqiqəlik alqışlarla qarşılanıb.

Triller haqqında qısaca: Joker-ə çevrildikdən və televiziyada canlı yayımda Mürrey Franklini öldürdükdən sonra Artur Flek Arkham psixiatriya xəstəxanasına yerləşdirilir və burada doktor Harlin Kvinzel ilə tanış olur. Onlar tezliklə bir-birlərinə dəlicəsinə aşiq olduqlarını anlayırlar.

Tədbirdə “CineMastercard” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə və “CineMastercard” kinoteatrlar şəbəkəsinin həmtəsisçisi Adnan Əhmədzadə iştirak ediblər.

Zaur Darabzadə öz çıxışında qeyd etdi ki, “Joker 2” filmi dünya premyerasından 2 gün öncə “CineMastercard” kinoteatrında unikal ScreenX formatında təqdim olunur. Azərbaycanda ilk ScreenX texnologiyası haqqında məlumat verdi: “Həmin format- 270 dərəcə baxışa malik, filmdən həzz almağa imkan verən tamamilə yeni innovativ texnologiyadır. Kinoteatrın zalında beş proyektor və iki əlavə yan ekran var. Film boyu əsas səhnələr mərkəz ekranda nümayiş etdirilir, 50-60 dəqiqə müddətində isə yan ekranlar kadr kompozisiyasını artırır. Bu genişlənmiş məkan tamaşaçıda fərqli hisslər yaratmaqla yanaşı, filmi yaşamağa imkan verir. Bu format yalnız “28 Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında yerləşir”.

Həmçinin xüsusi nümayişdə “Mastercard” beynəlxalq ödəniş sistemin “Priceless” təcrübələr çərçivəsində dəvət olunan xüsusi qonaqlar, tanınmış insanlar, içtimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirin təşkilində Brand Media Groups, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “Hillside” premium şərabları və Red Bull dəstək göstəriblər.

Tamaşaçıların “CineMastercard” kinoteatrlar şəbəkəsində ən çox gözlədiyi filmlərdən biri 3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdiriləcək. Həmçinin, “Joker: İki nəfərlik dəlilik” filmini ən son 4DX və ScreenX texnologiyaları ilə “CineMastercard” kinoteatrlarında izləmək olar.

https://www.youtube.com/watch?v=FCJOEwchql8

 

https://www.youtube.com/watch?v=dyBnLFd6J04

 

Exit mobile version