IdmanTəqdimat

Çingiz Allazovun “One Championship”də qazandığı kəmər nümayiş olunub

K-1 döyüşçüsü Çingiz Allazovun “One Championship” üzrə dünya çempionatında qazandığı kəmər Bakıda təşkil edilən mətbuat konfransında nümayiş olunub.

“Best of the best” tanıtım qrupunun təşkil etdiyi tədbirdə muay-tay üzrə dünya çempionu Xəyal Caniyev və qrupun prezidenti Elnur Məmmədov da iştirak ediblər.

Daha sonra “One Championship” turnirində kəmərin sahibi Ç.Allazov təəssüratlarını bölüşüb.

Xəyal Caniyev çıxışının əvvəlində Ç.Allazovu qələbə münasibətilə təbrik edib, özünün də gələcək karyerasında uğurlarını davam etdirəcəyini vurğulayıb.

Qeyd olunub ki, X.Caniyev fevralın 4-də “RCC MMA” seriyası çərçivəsində çexiyalı idmançı Tadeus Rujiçkaya qarşı döyüşəcək.

Tədbirin sonunda idmançılar media nümayəndələrinin suallarını cavablandırıblar.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!