Coca-Cola Azərbaycan 1 iyun – 24 avqust tarixi arasında davam edəcək musiqili kampaniyasına start verir.
Kampaniyada iştirak etmək üçün 0.5 L həcmində olan “Coca-Cola Classic”, “Coca-Cola Sıfır Şəkər”, “Fanta Portağal” və “Sprite” məhsullarının gümüşü qapaqlarının altındakı promo kod ilə qeydiyyatdan keçmək kifayətdir.
Gümüşü qapağın altındakı unikal kodu 2 vasitə ilə qeydiyyatdan keçirmək olar
Kodu “7676” nömrəsinə SMS vasitəsilə göndərmək,
music.coca-cola.az internet saytı vasitəsilə qeydiyyatdan keçmək.
Hər cümə axşamı keçiriləcək lotoreyada qaliblər Gənclik Mall-da elan olunacaq.
Kampaniya müddətində Coca-Cola Azərbaycan Bakının müxtəlif ərazilərində musiqi konsepti ilə müxtəlif əyləncəli tədbirlər də təşkil edəcək.
Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, şirkətin musiqili yay kampaniyaları artıq ənənə formasını alır:
“Coca-Cola Azərbaycan yayın əyləncəli kampaniyasına start verir. Əminəm ki, məhsullarımızın həvəskarları bu kampaniyaya da maraqla qoşulacaqlar. Şərtlərimiz sadədir, gümüşü qapağın altındakı kodu qeydiyyatdan keçirməklə minlərlə qalibimizdən biri olmaq şansı qazanırsınız. Hər kəsə uğurlar arzulayıram”.
Kampaniya iştirakçıları hər tirajda 500 ədəd brendinqli səs gücləndiricisi, 150 ədəd brendinqli qulaqlıq, 20 ədəd Apple homepod mini-ağıllı səs gücləndiricisi, 10 ədəd Apple Airpods, 5 ədəd Apple Iphone 13 128gb olmaqla ümumilikdə 8,244 hədiyyə qazanmaq şansı əldə edəcəklər.
Qeyd edək ki, bundan əvvəl Coca-Cola Azərbaycan ötən yay “musiqi 2022” kampaniyasını həyata keçirmişdi.
Xatırladaq ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca-Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan Coca-Cola İçecek 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub.
Coca-Cola Azərbaycanın kampaniyaları barədə daha ətraflı məlumatla coca-cola.az saytında tanış ola bilərsiniz.