Coca-Cola “Next Talent” adlı təcrübə proqramına start verir

Coca-Cola şirkəti Azərbaycanda fəaliyyət göstərən universitetlərin tələbələri üçün “Next Talent” adlı təqaüd əsaslı təcrübə proqramına start verir. Proqramın məqsədi tələbələrin uğurlu karyera başlanğıcına dəstək olmaq, onları real iş mühiti və sistemləri ilə tanış etmək, müvafiq sahədə təcrübə qazanmaqlarını təmin etməkdir.

Şirkətin bütün fəaliyyət sahələrinə aid edilən proqrama müraciət edən 200-dən çox tələbə arasından ilkin mərhələdə bir sıra onlayn testlərdən uğurla keçən tələbələr seçilib və onlarla yaxından tanış olmaq məqsədilə Coca-Cola-nın istehsalat zavoduna tur təşkil edilib.

Zavod turunda təcrübəçilərə şirkətin fəaliyyəti və istehsalat prosesi barədə məlumat verilib.

“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə supervayzeri Aytən Məmmədova bildirib ki, tələbələrə karyera inkişafı sahəsində dəstək olmaq şirkətin prioritetlərindəndir: “Coca-Cola uğurlu başlanğıcların şirkətidir. Biz şadıq ki, azərbaycanlı tələbələr beynəlxalq şirkətdə təcrübə keçməyin dəyərinin fərqindədirlər. Bunu proqrama olan maraqlarındanbilmək olur. Təcrübəçilərimizə faydalı olacağımıza inanırıq. Hər bir iştirakçıya uğurlar diləyirik”.

“Next Talent” proqramını başa vuran tələbələr arasından seçilən namizədlər 6 aylıq müddətdə yarım-günlük təqaüd əsaslı təcrübə keçmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca-Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. Coca-Cola məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin Coca-Cola İçecek şirkəti tərəfindən təsis edilən “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-dir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan Coca-Cola İçecek 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: