Coca-Cola-nın dəstəyi ilə iftar çadırları qurulur

Coca-Cola Azərbaycan “Nargis” Fondunun təşəbbüsü ilə müqəddəs Ramazan ayı münasibətilə Qəbələ rayonunda 25-29 aprel tarixləri arasında İftar çadırlarının təşkilinə dəstək olmuşdur.

“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC şirkətinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə supervayzeri Aytən Məmmədova iftar tədbirinə qatılaraq hər kəsi müqəddəs Ramazan ayı münasibətilə təbrik etmişdir: “Coca-Cola xalqımızın milli dəyərlərinə, adət-ənənələrinə hər zaman böyük ehtiram və diqqətlə yanaşmışdır. Milyonlarla insanı birləşdirən Ramazan ayında paylaşmaq, cəmiyyətə dəstək olmaq xüsusi önəm daşıyır  və biz də bu gözəl təşəbbüsə qoşularaq Qəbələ və ətraf bölgələrin sakinləriüçün iftar məclislərin qurulmasına dəstək olaraq öz töfhəmizi vermiş olduq. Hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edir, oruclarınızın qəbul olunmasını diləyirik”.

“Nargis” Fondunun bu təşəbbüsünəCoca-Cola ilə yanaşı PAŞA Bank, TİKA, Gəncliyə Yardım Fondu, Türkiyə Diyanət Vəqfivə bir sıra digər yerli şirkətlər də dəstək olmuşlar.

İftar məclislərində həmçinin şəhid və qazi ailələri də iştirak etmişdir.

Qeyd edək ki, Coca-Cola Azərbaycan ölkədə aztəminatlı ailələrə dəstək üçün hər il müxtəlif təşəbbüslərə qoşulur, layihələr həyata keçirir. Son belə təşəbbüslərdən biri də ASAN Könüllüləri təşkilatı həyata keçirilən“Birlikdəyik” layihəsi olmuşdur. Layihə çərçivəsində 4000 aztəminatlı ailəyə ərzaq və şəxsi gigiyena ləvazimatları təqdim edilmişdir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: