Site icon Frame.az

Coca-Cola-nın “Yeni İl Karvanı”nın Azərbaycan səfəri başa çatıb

Dünyanın sevilən içki brendi olan Coca-Cola-nın məşhur “Yeni İl Karvanı”nın Azərbaycana səfəri başa çatıb. Səfər etdiyi şəhərlərdə insanlara bayram sevinci bəxş edən Karvan 25-30 dekabr tarixlərində Gəncə, Qəbələ, İsmayıllı, Lənkəran, Sumqayıt və Bakı şəhərlərinin sakinlərinin qonağı olub. 

Coca‑Cola şirkətinin rəsmisi bildirib ki, hər il olduğu kimi bu il də Karvan böyük maraqla qarşılanıb: “Bu il Karvan marşrutunu genişləndirərək 6 şəhərin qonağı olub. Hər getdiyi şəhərdə insanlara musiqili şou, əyləncə və bayram sovqatı aparan Karvan qonaqları üçün bu bayramı da unudulmaz edib”.

Coca-Cola şirkəti bu il Yeni İl kampaniyasının bir hissəsi olaraq Nərgiz Fondunun təşkilatçılığı ilə keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının da tərəfdaşıdır. Yarmarkada sərgilənən Coca-Cola-nın “Şaxta Baba evi” və möhtəşəm şam ağacı isə bayrama xüsusi rəng qatır. Bu tərəfdaşlıq nəticəsində toplanan vəsait isə aztəminatlı ailələrə dəstək üçün istifadə ediləcək. 

Xatırladaq ki, 1920-ci ildə Coca‑Cola ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayıb və uzun illərdir Yeni İl Coca-Cola üçün xüsusi önəm daşıyır. Şirkət fəaliyyət göstərdiyi ölkələrdə bayram ərəfəsində bir sıra kampaniyalar və layihələr həyata keçirir. Coca-Cola Azərbaycanda da hər il Yeni İl üçün biri-birindən möhtəşəm kampaniyalar gerçəkləşdirir.

 

 

Exit mobile version