PR-TanıtımTəqdimat

“Coca-Cola”ilə Yeni İl möcüzəsinin 100 ili tamam olur

Frame.az

Artıq 2020-ci ilin sonuna yaxınlaşırıq və insanlarda gündən-günə bayram əhvalı yüksəlir, hər kəs bayram planları, o cümlədən Yeni İl haqqında düşünür. Təbii ki, bu il ötən illərdən çox fərqli oldu. Amma nə qədər fərqli olsa da, Yeni İl bayramında dəyişməyən bir sıra məqamlar var ki, onlardan biri də məhz Yeni İl bayram süfrələrində Coca-Colanın olmasıdır. Bu il isə Coca-Cola özünün ənənəvi Yeni İl kampaniyasının 100 illiyini qeyd edir. Çünki 1920-cu ildə Coca-Cola ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayır və bundan sonra Coca-Cola hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalar keçirirək Yeni İl möcüzəsinin gəlişini insanların yadına salır.

Coca-Cola ilə Yeni İl möcüzəsinin tarixi

Yeni ilinayrılmaz simvolu olan qırmızı, toppuş Şaxta Baba (Qərbdə Santa Klaus) obrazının yaradılmasında “Coca-Cola” şirkətinin rolu olduğunu çoxları bilmir. XX əsrin əvvəllərində “Coca-Cola”Amerikada çox məşhur olur. İnsanlarda təravətləndirici və pozitiv hisslər yaradan Coca-Cola brendi tədricən bayram şənliklərinin ayrılmaz hissəsinə çevrilir. Bu bağlantını daha da gücləndirmək üçünCoca-Cola şirkətinin sifarişi ilə D’arcy reklam agentliyi  1920-ci ildə ilk dəfə olaraq öz reklamlarında Santa Klaus obrazını yeniləmək qərarına gəlir. O vaxtlar Santa fərqli təsvir olunurdu. 1920-ci ilə qədər o, olduqca sərt, arıq, bəzən hətta elfə bənzər şəkildə təsvir olunurdu və qırmızı paltarı yox idi.

Əsas dəyişiklik D’Arcy şirkətininrəssam-illüstratoru Haddon Sandblomun təşəbbüsü ilə “Coca-Cola”nınYeni İl bayramı reklamı üçün Santanın daha şən, mehriban, səmimi, bir az da toppuş və “real” görünüşdətəqdim edildi. Hamımızın bügün tanıyıb sevdiyimiz Şaxta Baba 1920-ci ildə təqdim olunan və qarşımıza gələn yeni ildə 100 illiyini qeyd edəcəyimizHaddon Sandblomun canlandırdığı əfsanəvi Santa Klausdur.

Yeni İl qütb ayıları

1993-cü ildə isə “Coca-Cola” şirkəti Yeni İl üçün öz reklamlarında daha bir yenilik təqdim edir – qütb ayıları.Hamımızın yaxşı xatırladığımız, əlində Coca-Cola içkisi olan qütb ayıları da qısa müddətdə Yeni İl bayramının rəmzlərindən birinə çüvrilmişdir. Maraqlı nüanslardan biri də qütb ayılarının prototipinin it olması idi. Bəli, qütb ayısı obrazını Coca-Cola reklamında istifadə etməyi təklif edən illüstrator özünün Morgan adlılabradorundan ilhamlanmışdır.

Coca-Colanın Yeni İl Karvanı

“Coca-Cola”nın Yeni İlə aid növbəti atributu isə əyləncəli Yeni İlKarvanıdır. Coca-Cola məhsullarını daşıyan yük maşınları Yeni İl karvanı formatında ilk dəfə 1995-ci ildə ABŞ-da təqdim edilmişdir. Sayrışan işıqlar, heyranedici bir qış mənzərəsi ilə bəzədilmiş və unudulmaz musiqisi ilə müşayiət edilən yük maşınları məhlədən-məhləyə keçərək insanlara bayram şənliyi gətirirdi. Coca-Colanın Yeni İl Karvanı sürətlə dünyanın bir çox ölkəsində populyarlaşır və Yeni İlrəmzinə çevrilmişdir. Azərbaycanda da son bir neçə il ərzində Coca-Cola Yeni İl Karvanı ilə bölgələrə səfərə çıxaraq xalqın bayram şənliklərinə xüsusi sevinc qatırdı. Bütün bu məqamlar Yeni ilin “Coca-Cola” brendi üçün nə qədər əhəmiyyətli olduğunu bizə bir daha göstərir.

Hər il olduğu kimi bu il də “Coca-Cola” şirkəti adət-ənənələrinə uyğun olaraq qarlı dağlar aşaraq, çox ellər dolaşaraq Yeni il üçün yeni bir videoçarx gətirir. Bu il Coca-Colanın “Məktub” adlı Yeni İlreklam kampaniyasınınəsas mesajı “Bu  bayramın ən yaxşı hədiyyəsi birlikdə olmaqdır” şüarıdır. Əminik ki, “Məktub” adlı buvideoçarx hər kəsə Yeni İl möcüzəsi hissini bəx edəcək, hər kəsi duyğulandıracaq,birlik, həmrəylik hisslərini yenidən oyadacaq. Çünki sözügedən videoda sevdiklərimizə, əzizlərimizə olan bağlılıq, onlara verdiyimiz dəyərdən bəhs edilir. Fikrimizcə, Santa Klausun 100 illiyinə həsr edilmiş bu videoya baxdıqdan sonra hər kəs yaxınları və doğmalarını daha möhkəm sevəcək. “Coca-Cola” brendinin bu video ilə çatdırmaq istədiyi də məhz budur.Sevdiklərimiz və bizə doğma olan hərkəsi yalnız bayramlarda yox, hər an onlara sevgimizi göstərək və onları xoşbəxt edək. Qısaca, “Coca-Cola”nın hazırladığı bu sehirli video çarx yaxın günlərdə efirdə olacaq!

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!