Covid-19Frame LifeSağlamlıqSosialTəqdimat

“COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək

11 fevral 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxış” mövzusundaBeynəlxalq Elmi Konfrans həyata keçiriləcək.

Onlayn şəkildə ZOOM platforması üzərindən həyata keçirilməsi planlaşdırılan Beynəlxalq Elmi Konfransda “Hamiləlik zamanı COVID-19 infeksiyası”, “Hamiləlikdə  COVID-19: diaqnostik və müalicə xüsusiyyətləri” və “COVID-19-un qadın reproduktiv sağlamlığına təsiri” başlıqlı 3 paneldə ümumilikdə 11 məruzə dinləniləcək. Konfrans panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.

Konfrans proqrama uyğun olaraq xüsusilə mama-ginekoloq, anestezioloq-reanimatoloq, radioloq, psixiatr, infeksionist, neonatoloq, pediatr ixtisasına malik həkimlər üçün nəzərdə tutulmuşdur.

Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya DTT balı və sertifikat veriləcək.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Konfransda iştirak ödənişsizdir. Hərkəs konfransda iştirak üçün dəvətlidir!

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/NF2KN6ThQGHeE6SL6

Proqramla tanış olmaq üçün link: https://customshospital.az/11-fevral-umumdunya-xeste-gunune-hesr-edilmis-covid-19-pandemiyasi-zamani-mamaliq-ve-ginekoloji-problemler-muasir-baxis-movzusunda-beynelxalq-elmi-konfrans/

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!