Covid-19SağlamlıqTəqdimat

“COVID-19 xəstələri ilə işin təşkili” mövzusunda vebinar keçiriləcək

Yanvarın 28-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “COVID-19 xəstələri ilə işin təşkili: Orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar” mövzusunda vebinar keçiriləcək.

Mərkəzi Gömrük Hospitalının mətbuat xidmətindən verilən məlumata görə, onlayn formatda ZOOM platforması üzərindən həyata keçiriləcək tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının mütəxəssisləri tərəfindən hazırlanmış məruzələr dinləniləcək və interaktiv sual-cavab sessiyaları təşkil ediləcək.

Vebinar orta tibb personalı-tibb bacıları üçün nəzərdə tutulub. Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya sertifikat veriləcək.

Vebinarda iştirak ödənişsizdir və yerlər məhdud olduğu qeydiyyatdan keçmək lazımdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!