Idman

Cüdo komandamız Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının qızıl medalını qazanıb

Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qarışıq komanda yarışında Azərbaycan komandası uğurla çıxış edib.

Azərbaycan yığma komandası yarımfinalda Fransa millisini 4:3 hesabı ilə məğlub edərək finala yüksəlib. Millimiz həlledici mərhələdə Ukrayna millisinə 4:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, komandamız fərdi yarışlarda 1 qızıl, 4 gümüş və 2 bürünc medal əldə edib. İdmançılarımız EYOF 2022-də ümumilikdə cüdo üzrə 2 qızıl, 4 gümüş və 2 bürünc medala sahib olublar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!