Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü olub

Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Yığma 3-cü yer uğrunda qarşılaşmada Almaniyanı 4:1 hesabı ilə məğlub edib.

Elcan Hacyev (90 kq) Tom Drosteyə, Ruslan Nəsirli (+90 kq) Paavo Plonertə, Səbinə Əliyeva (57 kq) Bettina Bauerə, Vüsal Qələndərzadə (73 kq) Levi Markta qalib gəlib. Yeganə məğlubiyyəti Nərmin Əmirli (70 kq) alıb. O, Sara Melauya uduzub.

Finalda Türkiyəyə 4:0 hesabı ilə qalib gələn Fransa qızıl medala yiyələnib.

Qeyd edək ki, fərdi yarışlarda Vüsal Qələndərzadə, Elcan Hacıyev və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) isə bürünc medal qazanıb.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: