Hələ qədim yunan həkimi və tibbin atası sayılan Hippokrat yazmışdır: “Kim tibb sənətini düzgün şəkildə tədqiq eləmək istəsə, hərşeydən əvvəl, ilin fəsillərini nəzərdən yayındırmamalıdır”.
Məhz elə bu səbəbdən müasir kosmetoloqlar həmçinin mövsümdən asılı olaraq dəriyə qulluq etməyi məsləhət görürlər. Çünki onun vəziyyəti xarici mühitin təsiri ucbatından heç də həmişə eyni vəziyyətdə olmur.
Qışda dəri xüsusən qulluğa möhtacdır, küçədə güclü şaxta olmasa belə, soyuq külək belə dərini quruda bilər. Həmin vaxt ona müdafıə və qidalandırma zəruridir.
Əgər o qədər də güclü olmayan şaxtada dərinin hər hansı bir hissəsi ağarıb və həssaslığını itirilsə, oranı şərf və ya əlcəklərlə ovxalamaq, evdə isə həmin hissəyə bitki və ya gənəgərçək yağı sürtmək lazımdır.
Yetərli soyuq damarları genişləndirir ki, nəticədə dəri qızarır, güclü soyuqda isə damarlar, əksinə, daralır, dəri solğun və quru olur ki, bu da öz növbəsində qabıqlanmaya və qıcıqlan maya gətirib çıxarır. Tədqiqatlar göstərir ki, sağlam insanlarda müntəzəm aşağı hərarət nəticəsində dəri daha tez qocalır, amma hadisələrin bu cür xoşagəlməz inkişafından dəriyə düzgün qulluq etməklə qaçmaq mümkündür.
Beləcə, səhərlər küçəyə çıxmazdan az əvvəl yuyunmaq və üzə krem çəkmək məsləhət görülmür, çünki bu hətta ən yağlı vasitələrin belə tərkibində nəmlik var ki, sonuncusu buxarlanarkən dərini soyudur və o, daha da quru olur.
İşi bilavasitə uzun müddət açıq havada olan adamlara tərkibində minimum su olan kosmetik vasitələrdən istifadə etmək tövsiyə olunur.
Səhər-axşam qidalandırıcı kremlərdən istifadə etmək məsləhət görülür (amma yenə də küçəyə çıxmazdan əvvəl sürtmək olmaz), həmçinin müntəzəm şəkildə masaj etmək də pis olmazdı.
Payız-qış mövsümünə ən yaxşısı evdə yumurtanın sarısından və kəsmikdən hazırlanmış maskalar, həmçinin minimal su tərkibli hazır kosmetik vasitələr uyğun gəlir. Yağlı dəri sahibləri təravətləndirici, yumşaldıcı və yarımturş maskalardan istifadə edə bilər.
Aytən Frame.az