EventsTəqdimatƏn Son

“Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi” 2016-2017 yeni tədris ilinin başlaması və Qurban bayramı münasibəti ilə tədbir keçirdi

Artıq 5 ildir ki, fəaliyyət göstərən “Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi” 2016-2017 yeni tədris ilinin başlaması və Qurban bayramı münasibəti ilə tədbir təşkil edib.

Tədbir başlamazdan əvvəl mərkəzin yeni binasının açılış mərasimi keçirilib. “Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi”-nin rəhbəri Dilşad Əhədova qonaqlarla birlikdə rəmzi olaraq qırmızı lent kəsərək mərkəzin yeni binasının açılışını edib. Daha sonra Qurban bayramı münasibəti ilə qurban kəsilib.

Aparıcılar Şirməmməd Hüseynov və Ülviyyə Həsənqızı məclisi açıq elan edərək sözü Mərkəzin rəhbəri Dilşad xanıma veriblər. Dilşad xanım öz növbəsində məclisə təşrif buyuran qonaqları salamlayıb, hər kəsi yeni tədris ilinin başlaması və Qurban bayramı münasibəti ilə təbrik edərək, balacalara yeni tədris ilində uğurlar arzu edib.

Tədbirdə Bakı Dövlət Universitetinin müəlliməsi, araşdırmaçı jurnalist İradə Əlili, Ahıllara və Tənhalara Dəstək İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova, tanınmış parodiya ustası Həsən Cəbrayılov, müğənni Fərid Laçın, Muratti, aşıq Elçin Rəşidoğlu, Qüsursuz Nitq Korreksiya Mərkəzinin rəhbəri defektoloq loqoped Esmira Qafarova, Türkiyədən Azərbaycana qonaq gələn Kurtlar Vadisi serialının İzzet ağası Erol Tezeren, gül balalar və onların valideynləri iştirak ediblər. Həmçinin qonaqlar “Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi ailəsini təbrik edərək, Mərkəzə yeni layihələrində uğurlar arzu ediblər.

Tədbirdə şou biznesin nümayəndələri ilə yanaşı, uşaqların ifasında mahnılar, şeirlər, səhnəciklər səsləndirilib, müxtəlif əyləncəli oyunlar təşkil edilib. Qeyd edək ki, tədbirin keçirilməsi ilə bağlı “Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi”-nə dəstək olan “Vector” Turizm şirkətinə, “Pony” oyuncaq mağazasına, “Edelveiss” gül salonuna təşəkkür edirik.

Frame.az

xdecel-jpg-pagespeed-ic-_gb0kkwlbx 1473915068_mg_0464-shirina-1024-vysota-768 decel2-jpg-pagespeed-ce-suonzwvsnf decel5-jpg-pagespeed-ce-m3mw7yxcu decel7-jpg-pagespeed-ce-u0oltqu-zr decel6-jpg-pagespeed-ce-tjm2_45uma decel9-jpg-pagespeed-ce-ds3d5ueewu

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!