Aparıcılar şairə Ülviyyə Həsənqızı və Şirməmməd Hüseynov tədbirə maraqlı söhbətləri ilə giriş edərək bütün qonaqları salamladı və Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Dilşad Musanı qonaqlara daha geniş məlumat vermək üçün səhnəyə dəvət etdilər.
Dilşad xanım öz çıxışında qonaqlarını salamladı , bayramlarını təbrik etdi və Azərbaycan Diabet Liqasının sədri Yeganə xanım Sultanovanı qonaqlara təqdim etdi.
Çıxışlardan sonra konsert proqramı başladı. Bir- birindən gözəl səsi olan müğənnilər nəğmələri ilə qonaqları, əsasən də uşaqları sevindirdilər.
Sevimli nağıl qəhrəmanları Mickey ve Minnie Mouse uşaqları əyləndirdi.
Frame.az