DəmirBank müştərilərə sərfəli şərtlərlə müxtəlif çeşiddə əmanət növlərini təklif edir. Beləki, müştərilər “Göy”, “Qırmızı”, “Sarı”, “Uşaq” və“Plastik kartla yığım əmanəti” kimi əmanət növlərinin imkanlarından və üstünlüklərindən faydalana bilərlər.
DəmirBank-ın təklif etdiyi“Qırmızı” əmanət növünün əsas üstünlüyü vəsaitin istənilən vaxt artırmaq imkanının olmasıdı. Minimal məbləğ 100 AZN/USD olmaqla, əmanəti 1, 2 və 3 il müddətinə iki valyutada (AZN və USD) yerləşdirmək mümkündür. “Qırmızı” əmanətsahibləri istənilən vaxt vəsaitlərini minimum 50 AZN/USD olmaqla artıra bilərlər. Qırmızı əmanətin digər üstünlüyü ondan ibarətdir ki, hesablanmış faizlər hər ay əmanət məbləğinin üzərinə əlavə olunur və əlavə edilmiş faiz məbləğinədə faiz hesablanır. Həmçinin “Qırmızı”əmanət növü 3-cü şəxsin adına da açılabilər.
Onu da qeyd etmək istərdik ki, AZN ilə yerləşdirilmiş “Qırmızı” əmanət üzrə faiz dərəcəsi maksimum illik 12%, USD ilə isə – illik 5% təşkil edir.
DəmirBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və “Əmanətlərin sığortalanması haqqında” qanununun şərtlərinə müvafiq olaraq bankda yerləşdirilmiş əmanətlər tam sığortalanır.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi: (012) 149