EventsTəqdimat

“Dəmirin Yolu” sənədli filmi Binəqədi rayonunda nümayiş olunub

ARB “Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən istehsal olunan, Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin dəmir yollarındakı fəaliyyətindən bəhs edən “Dəmirin Yolu” sənədli filmi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, şəhid Qamət Abbasov adına 284 saylı tam orta məktəbdə nümayiş olundu. Nümayişdən öncə tədbiri giriş sözü ilə açan məktəbin direktoru filmin nümayişinin məhz Heydər Əliyev dərslərinin başlandığı günə təsadüf etdiyini vurğuladı. Nümayişdən sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinin müavini, YAP Binəqədi rayon təşkilatının sədr müavini, filologiya elmləri doktoru, professor Hüseyn Əsgərov, “Aranfilm”   Yaradıcılıq Mərkəzinin icraçı prodüseri Nicat Məmmədov, filmin ssenari müəllifi və rejissoru Kamran Qasımov çıxış ediblər. Tədbirin sonunda 284 saylı məktəbin adından “Aranfilm” Yaradıcılıq Mərkəzinə və Kamran Qasımova Fəxri Fərmanlar təqdim edilib.

Qeyd edək ki, “Dəmirin Yolu” sənədli filminin operatorları Habil Yusifli və Rafiq Əliyev, montaj rejissoru Pərviz Səlimov, baş prodüseri İqbal Məmmədəliyevdir. “Dəmirin Yolu” filminin məsləhətçisi Xalq artisti Vasif Babayevdir. Filmdə çoxlu sayda foto-kinoxronika materiallarından istifadə edilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!