Faydamız OlsunMəsləhətSağlamlıq

Dərinizi avokado ilə bəsləyin

Avokado’nun qəbizliyə qarşı təsirli, immunitet sistemini gücləndirici xüsusiyyətləri var. Bədən toxumalarının və dərinin yenilənməsinə köməkçi olur. Yaraların yaxşılaşmasına kömək edir.

Yaxşı bir hüceyrə qoruyucu və antioksidandır. Ehtiva etdiyi doymamış yağ turşuları qanda xolesterinin yüksəlməsini önlədiyi üçün ürək və damar xəstəlikləri üçün ən yaxşı təbii dərmandır.

Avokado bədəndə toksik maddələri təsirsiz hala gətirərək yaşlılığa yol açan zərərli maddələri yox etməklə yaşlanma müddətini yavaşladır və xəstəliklərin qarşısını almaqda əhəmiyyətli rol oynayır. Tərkibində olan zülal, mineral və vitaminlər kiçik uşaqların və hamilə qadınların balanslı və sağlam bəslənmələrində çox lazımlı olan maddələrdir. Dərini qurumaqdan qoruyur və xüsusilə həssas, quru, köhnəlmiş və yaşlanmış dəriləri yaxşılaşdırır və gücləndirir.

Bol miqdarda ehtiva etdiyi A vitamini hüceyrələrin yenilənməsini dəstəkləyir. Avokado ilə qış mövsümünün sərt təsirini üzünüzdən silə bilməyin ideal həllini tapa bilərsiniz.

Püre halına gətirilmiş avokadoya bir-iki damcı zeytun yağı və limon suyu əlavə edin. Üzünüzə sürtüb on dəqiqə gözləyin. Avokado maskası üzünüzdəki nahamar təbəqəni yox etməklə qalmayıb, sağlam bir dərinin ehtiyacı olan vitaminləri də təmin edəcək və dərini bəsləyəcək.

Avokado’nun faktor maddələri dərinin qurumasına mane olur, dərinizi nəmləndirir. İstər yağı, istərsə də suyu bir çox kremlərdə istifadə edilir. Quru, köhnəlmiş və yaşlanmış dəriyə sahibsinizsə, mütləq bunu tətbiq edin. Xüsusilə yazda işinizə daha çox yarayacaq. Çünki avokadonun yağlı turşuları dərini günəş şüalarından qoruyur.

Avokado’nun bu xüsusiyyəti fındıq, somon balığı və kətan toxumunda olan yağlarda da vardır. Bu məhsullar da dəri hüceyrələrinin özlərini yeniləməsinə kömək edir.

Dərinizi avokado ilə bəsləyin.

Canlandırıcı avokado maskası:

Yetişmiş avokadonun yarısı 1 çay qaşığı bal 1 çay qaşığı badam yağı Çəngəllə avokadonu əzin, üzərinə balı,badam yağını əlavə edib təkrar qarışdırın, təmiz dərinizə tətbiq edin. Mümkünsə pilinq sonrası tətbiqini təklif edirəm. Təxminən 20 dəqiqə üzünüzdə saxlayın. İlıq su ilə yuyun. Maskanın ardından dərinizin canlanıb bəsləndiyini və nəmləndiyini görəcəksiniz.

Həftədə 1 və ya 2 gün bu maskanı tətbiq edə bilərsiniz. Dəriyə qulluq məhsullarından ən çox istifadə edilən məhsul avokadodur. Kosmetik dükanlarında ən çox gördüyümüz avakado tərkibli məhsullar içindəki E, C və D vitaminləri ilə zəngindir. Xüsusilə dərinin yaşlanmaması, günəş şüalarından və çirkli havalarda qorunması üçün faydalıdır. Dərinin su tarazlığını nizamlayır və nəm saxlayır.

Beyni qüvvətləndirmək və zehni gücləndirmk üçün ən yaxşı üsul qidalarımıza fikir verməkdir. Avokado omeqa-3, yağ turşuları, həm də təbii E vitamini ilə zəngindir. Buna görə də, insanda problemləri həlletmə, qərarvermə qabiliyyətini artırır.

Mütəmadi olaraq bir dilim avokado yemək orqanizminizin gündəlik yağ ehtiyacının 32 faizni ödəyir. Ancaq bu yağlar təhlükəli deyil. Çünki avokado sadəcə, doymamış yağ ehtiva edir. Bu xüsusiyyəti ilə zərərli xolesterinin səviyyəsini aşağı salır. Xolesterin səviyyəsinin aşağı olması isə iflic və infarkt riskinin azalması deməkdir.

Bu meyvənin tərkibində “lutein” və “zeaksantin” adlı maddələr gözləri müxtəlif xəstəliklərdən qoruyur. Avokado’nun ehtiva etdiyi “karotenoid” maddəsi gözlərin daha yaxşı görməsini təmin edir.

( PƏRVİN BAYRAMOV ).

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!