Ekler, çoxumuzun dadından doya bilmədiyi şirniyyat növüdür. Hazırlanması üçün bu ərzaqlar lazımdır.
Tərkibi:
Un-1 st
kərə yağlı marqarin- 120 qr
yumurta -4 ədəd
su -1 st
narın xörək duzu
Hazırlanması:
Bir qaba su, marqarin və duz qoyub qaynatmaq lazımdır. Daha sonra üzərinə un əlavə edirik və durmadan qarışdırırıq. Hazır olduqdan sonra xəmirin 5 dəqiqə soyumalıdır ki, yumurtalar içində çırpılarkən bişməsin.
Sonra yumurtaları əlavə edərək qarışdırın. Xəmiri mətbəx şpritsinə doldururuq və əvvəlcədən yağlanmış duxovka listinə düzürük. Eklerləri əvvəlcə 200 dərəcədə 10 dəqiqə, sonra 180 dərəcədə 10 dəqiqə bişiririk. Eklerlər yaxşı şişsin deyə ilk 15 dəqiqə ərzində sobanın qapısını açmırıq. Hazır eklerlərin üst qapağını kəsərək içini kremlə doldururuq.
Krem üçün:
1 stəkan şəkər, 1/2 stəkan süd, 200 qr kərə yağı, vanilin.
Şəkəri, südü, vanili qarışdırın və qarışdırarkən qaynadın. Qaynayan kimi ocaqdan götürün. Qıraqda çəngəl ilə yağı əzin. Kütlə soyuyan kimi (krem duru olmasın deyə mütləq soyumasını gözləyin), içinə yağı əlavə edin və mikserlə yaxşıca çalın. Nuş olsun!