CinemaTəqdimat

Danışma və eşitmə qüsuru olan insanlara işarət dilinə tərcümə edilmiş film təqdim olundu

Oktyabrın 29-da  Nizami Kino Mərkəzi  Human Foundation qurumunun nəzdində fəaliyyət göstərən Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli insanlarla işarət dilinə tərcümə edilmiş  milli “Xənnas” filmini təqdim edib.

Filmi işarət dilinə  tərcümə edən Human Deaf Community-nin üzvü Nuranə Abıyeva və işçi komanda üzvləri  səhnədən tamaşaçıları salamlayaraq gördükləri bu şərəfli işi davam etdirəcəklərini söylədilər.

Sonra,fiziki əngəlli tamaşaçıların görüşünə gələn filmin rejissoru Elvi Abdulla, aktyorlar Hikmət Rəhimov, Pərvin Abıyeva, Qorqud Cəfər, Zarina Qurbanova, Türkay Cəfərli, Nərgiz Əliyeva və yaradıcı qrupun başqa üzvləri səhnəyə qalxaraq gələn qonaqlara xoş sözlər söylədilər, bu günü onlarla olduqlarından  qürur və fəxarət hissi keçirdiklərini bildirdilər.

Filmi izlədikdən sonra qonaqlar sevdikləri aktyorlarla fotolar çəkdirdilər və ünsiyyətdə oldular.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə davamlı olaraq surdotərcüməli filmlər Human Deaf Community-nin  layihəsi əsasında və Nizami Kino Mərkəzinin dəstəyi ilə  təmənnasız nümayiş olunur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!