Site icon Frame.az

Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” adlı möhtəşəm layihə davam edir

 Sentyabrın 28- də Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” layihəsi çərçivəsində Aslan Şahın və  İbrahimin  dastanı təqdim olunub.
   Layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin  və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
  Gecədə Aşıq Kamandarın sonuncu şagirdi,  ustad aşıq Əşrəf Qəriboğlunun İfasında ailə-məişət  dastanı olan  Aslan Şahın və  İbrahimin  dastanı tamaşaçılara təqdim olunub.
    Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi özünün yeni irimiqyaslı “Dastan gecələri” adlı layihəsində  öz fəaliyyətini daha da genişləndirir və xalq poeziyasına müraciət edir. Şifahi xalq yaradıcılığının ən önəmli nümunələrindən olan aşıq yaradıcılığı özündə aşıq musiqisi ilə bərabər şifahi poeziya nümunələrini də birləşdirir.
Frame.az
Exit mobile version