Yalnız CinemaPlus-da səbirsizliklə gözlənilən “Dayı” türk dramı

CinemaPlus kinoteatrlar şəbəkəsində 17 fevraldan, çox səbirsizliklə gözlənilən və Türkiyədə məşhurlaşan “Dayı: Bir Adamın Hikayesi” türk dramın nümayişi başlayır.

Baş rolu “Ezel” serialında “Dayı” obrazı ilə tanınan Ufuk Bayraktar canlandırıb. Onu tamaşaçılardan yüksək qiymət alan gözəl aktrisa Gizem Karaca Ermekçi müşayiət edir.

Rejissor və ssenari müəllifi Uğur Bayraktar.

Film haqqında qısa məlumat: Uşaqlıqdan Cevahir ədalət hissi yüksək olan nadinc bir oğlan idi. O, heç vaxt zəifləri incitməzdi, amma macəralara qarışmağı xoşlayırdı. Qəhrəman böyüyəndə valideynlər oğlana doğma kəndindən İstanbula getməyi məsləhət görürlər. Orada o şəhərlilər üçün qəhvə dəmləyən Seyfi adlı kişinin yanında işləməyə başlayır. Əvvəlcə hər şey yaxşı gedir, amma tezliklə böyük şəhər oğlanı həyatın ən çirkin tərəfləri ilə üz-üzə qoyur.

Uşaqlıqda olduğu kimi ədaləti müdafiə etməyə çalışan qəhrəman quldurlarla qarşılaşmağa başlayır. Yalnız indi adi bir kənd oğlanı cinayətkarlara layiqli cavab verə bilmir, ona görə də çox keçmədən Cevahir özü cinayət yoluna düşür. Dürüstlüyü, mərdliyi və ədaləti ilə müəyyən dairələrdə hörmət qazansa da, eyni zamanda özünə çoxlu təhlükəli düşmənlər də qazanır.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!