IqtisadiyyatTurizmTəqdimatƏn SonƏn Son

Dekabrın 18-də təxirə salınmış Bakı-Naxçıvan-Bakı aviareyslərinin sərnişinlərinin nəzərinə

Dekabrın 18-də əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 251/253 , 252/254 və 255/256 nömrəli reyslərinin sərnişinlərinin Bakıdan Naxçıvana bütün uçuşları bu gün saat 21:10 və 23:30-da həyata keçiriləcək.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib ki, Naxçıvandan Bakıya uçuşlar isə saat 23:30 və dekabrın 21-i saat 01:50-də yerinə yetiriləcək.

Planlaşdırılan uçuşa qeydiyyatdan keçmək üçün bu gün hava limanına öncədən yaxınlaşmağınız xahiş olunur.

AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Qeyd olunub ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!