EventsIqtisadiyyatMobil dünyaTəhsilTəqdimat

“Deneyap” texnologiya laboratoriyasında “İlk dərs günü” tədbiri keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasında “İlk dərs günü” tədbiri baş tutub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, şagirdlər və onların valideynləri iştirak ediblər.

Öncə şagirdlərə və onların valideynlərinə “Deneyap” proqramı çərçivəsində keçiriləcək təlimlər, laboratoriya konseptləri, tədbirlər, təhsil modeli və dərs planları, tədris müddəti, dərsliklər və s. barədə məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb və “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanlarının təşkil olunmasında dəstək göstərən şəxslərə sertifikatlar təqdim olunub.

Qonaqlar “Deneyap” texnologiya laboratoriyasına qəbul olunmuş şagirdləri və valideynləri təbrik edib, onlara uğurlar arzulayıblar.

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!