DİN: Həftəsonu keçirilən monitorinqlər zamanı 5263 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri iyulun 31-də və avqustun 1-də Bakı şəhərində və respublikanın digər ərazilərində 640 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, monitorinqlər 475 şadlıq sarayında, 165 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 185 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. Habelə 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib. COVID-19 pasportu olmadığına görə 5263 nəfər şənliklərinə buraxılmayıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: