Məsləhət

Dişlərin ev şəraitində ağardılması

Dişlərinizi ağartmaq üçün həkimə getmək vacib deyil. Bunu özünüz ev şəraitində də edə bilərsiniz. Bununla bağlı sizə bir neçə məsləhətlərimiz olacaq:
Diş məcununa limonun efir yağından 1 damcı əlavə edin və dişləri təmizləyin. Bu, dişlərin bəyazlığı ilə yanaşı ağızdan gözəl qoxu gəlməsinə səbəb olur.

1 stəkan suda 1 ədəd hidrogen peroksid həbi həll edilir və ağız yaxalanır. Yaxşı effekt əldə etmək üçün proseduru həftədə 1-2 dəfə təkrarlamaq məsləhətdir.

Digər üsul: qulaq çöpü 3%-li hidrogen peroksidi məhlulunda isladılır və dişlər hər iki tərəfdən təmizlənir. Daha sonra dişləri yaxşı yaxalamaq lazımdır. Proseduru həftədə 1-2 dəfə etmək olar.

Bir neçə ədəd aktivləşdirilmiş kömürün həbləri yaxşı əzilir, dişlər alınmış tozla təmizlənir (diş pastası ilə də qarışdırmaq olar). Bu proseduru 1 ay ərzində həftədə 1 dəfə etmək kifayətdir.

Təbii çay ağacı yağı çox yaxşı ağardıcı və antiseptik vasitədir. Dişləri diş pastası ilə təmizləyin və yaxalayın. Sonra diş fırçasının üzərinə 2-3 damcı yağ damızdırın və dişlərə yüngül sürtün, daha sonra yaxşı yaxalayın. Bu vasitə həm də dişlərdə və ağız boşluğunda mikrobları öldürür, diş daşı ilə mübarizə aparır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!