Distant iş rejiminin əməkdaşlara təsiri araşdırılıb

Kaspersky: 36% insan uzaqdan iş rejiminə keçiddən sonra iş gününün sonunda özünü daha gümrah hiss edir

Kaspersky-nin məlumatın görə*, dünya üzrə insanların yarısından çoxunun (54%) uzaqdan iş rejiminə keçdikdən sonra iş yükü artıb, 18%-də isə bu artım daha çox olub. Buna baxmayaraq, insanların 36%-nin ofis işinə nisbətən günün sonunda daha çox enerjisi qalır.

Ümumilikdə, respondentlərin 41%-i distant iş formatına keçərək özünü daha rahat hiss etməyə başlayıb. Eyni zamanda, iş yoldaşlarından uzaq düşdüyünə görə diskomfort yaşayanların payı da yüksəkdir: 36% daha çox yorulub, 33% isə özünü daha narahat hiss edir.

Qarışıq iş formatı (yarı evdən, yarı ofisdən) populyarlıq qazanmaqdadır. 2021-ci ilin ortalarına doğru dünya üzrə 45% insan bu və ya digər səbəbdən bu iş tərzinə keçib. Kaspersky uzaqdan və ya hibrid formatda işləyən hər kəsə əsas informasiya təhlükəsizliyi qaydalarınıxatırladır: xüsusilə, tanımadığınız şəxslərdən gələn şübhəli linkləri açmayın, hər bir hesab üçün ayrıca mürəkkəb şifrələr yaradın və onları müntəzəm olaraq dəyişin.

“Uzaqdan iş formatı artan informasiya təhlükəsizliyi riskləri, o cümlədən, kölgə İT, yəni şirkətlər tərəfindən təsdiqlənməyən və buna baxmayaraq, əməkdaşların iş üçün istifadə etdikləri xidmətlərin aktiv tətbiqi ilə əlaqələndirilir”, – deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib. “Buna görə də, əməkdaşların rəqəmsal savadlılığını artırmaq, həmçinin əməkdaşları uzaqdan işləyən təşkilatların müdafiəsinə yönəlmiş xüsusi profilaktik tədbirlər görmək çox vacibdir”.

Kaspersky əməkdaşları uzaqdan işləyən təşkilatlara aşağıdakı kiber təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

bütün iş cihazları, proqram təminatları, tətbiqlər və xidmətləri müntəzəm qaydada yeniləmək;

İT dravyerlərindən istifadəyə ciddi nəzarət etmək, kənar tətbiqlərin yüklənməsini məhdudlaşdırmaq;

əməkdaşların sistemə giriş hüquqlarını yoxlamaq və lazım gəldikdə onları yeniləmək;

əməkdaşlar üçün ikifaktorlu identifikasiyalı VPN giriş quraşdırmaq;

müntəzəm qaydada informasiya təhlükəsizliyi təlimləri keçmək;

biznes üçün mobil cihazlar da daxil olmaqla, bütün son cihazlardaKaspersky Endpoint Security Cloud kimi yoxlanılmış qoruma həlləri quraşdırmaq. Kaspersky-nin bu həlli kölgə İT resurslarını aşkarlamaq funksiyasına malikdir. Buhəll şirkətin təhlükəsizlik perimetrini qoruma altına almağa imkan verir.

* “Biznesin informasiya təhlükəsizliyi” sorğusu Kaspersky tərəfindən 2021-ci ilin may-iyun aylarında aparılıb. Sorğuda 31 ölkədən 50-dən çox əməkdaşı olan şirkətlərin 4303 mütəxəssisi iştirak edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: