Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə mediatur təşkil olunub

Martın 15-də İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə (4SİM) mediatur təşkil olunub.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev KİV nümayəndələrinə Mərkəzin fəaliyyəti, ölkəmizin 4-cü Sənaye İnqilabının yaratdığı imkanlardan bəhrələnməsi istiqamətində görülən işlər və bu sahədə Dünya İqtisadi Forumu ilə əməkdaşlıq istiqamətləri barədə məlumat verib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2021-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaradılıb. Mərkəzölkəmizin Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığını və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir. Bildirilib ki, 4SİM 2021-ci ilin 1 aprel tarixindən Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycandakı Dördüncü Sənaye İnqilabı Mərkəzinə də ev sahibliyi edir və hazırda Dünya İqtisadi Forumu ilə 3 platforma üzrə – “Süni İntellekt və Maşın öyrənməsi”, “Əşyaların İnterneti və Şəhər Transformasiyası” və “Rəqəmsal Ticarət” üzrə layihələrin icrasını və koordinasiyasını həyata keçirir.

Bundan əlavə, 22 dövlət qurumunun nümayəndələrindən ibarət “4-cü Sənaye İnqilabı” üzrə və 11 dövlət qurumunun nümayəndələrindən ibarət “Rəqəmsal ticarət” üzrə işçi qruplar yaradılıb və hər iki işçi qrupun koordinasiyası daDördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir.

Tamerlan Tağıyev işğaldan azad edilmiş ərazilərimizin bərpasında 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqinin önəmini vurğulayıb vəən qabaqcıl texnologiyaların Azərbaycana gətirilməsi və “Ağıllı” və “yaşıl” Qarabağın qurulmasında Mərkəzinöz töhfəsini verəcəyəni qeyd edib.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!