“Dostluq Meşəsi”ndə və ətrafdakı yamaclarda 50 minə yaxın ağac əkilib

Son həftə ərzində Cəbrayılın “Dostluq Meşəsi” adlandırılan sahəsinin, o cümlədən ətrafdakı terrasların 10 hektardan artıq ərazisində Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə 8 min 100 ağac tingi əkilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə Cəbrayıl rayonunda yaradılan “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi”nin “Dostluq Meşəsi” adlandırılan sahəsində və ətrafdakı yamaclarda ötən ilin sonlarından etibarən ağacəkmə tədbirləri davam etdirilir: “Bu günədək layihə çərçivəsində “Dostluq Meşəsi”nin və ətrafdakı yamacların 54 hektardan çox sahəsində 50 minə yaxın müxtəlif növ ağac tingi əkilib”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: