IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Dövlət Agentliyinin sədri Fransanın “Ecole 42” şirkətinin icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Fransanın “Ecole 42” şirkətinin icraçı direktoru Sofi Viger ilə görüşüb.

Görüş zamanı Ülvi Mehdiyev kompüter elmləri, informasiya təhlükəsizliyi, süni intellekt və s. üzrə ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) rəqəmsallaşdırma, müvafiq istiqamətdə bilik və bacarıqların yüksəldilməsi, cəmiyyətin bütün üzvlərinin informasiya texnologiyalarının yaratdığı imkanlardan istifadəsinə şərait yaradılması sahəsində gördüyü işlərdən, həyata keçirilən layihələrdən və beyəlxalq təcrübənin tətbiqindən danışıb.

Sonra Sofi Viger “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. Qonaq müxtəlif layihələr, yerli startaplar üçün qlobal səviyyədə sərmayələrin cəlbi, onların inkişafı üçün yaradılan imkanlar barədə məlumatlandırılıb.

15 min nəfərdən artıq məzunu olan “Ecole 42” proqramlaşdırma məktəblərinin dünyanın 25 ölkəsində 42 kampusu fəaliyyət göstərir. Azərbaycanda “Baku Ecole 42” kampusunun yaradılması layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən birgə həyata keçirilir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!