Site icon Frame.az

Dövlət Turizm Agentliyinin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər

Dövlət Turizm Agentliyinin və qurumun tabeliyində olan Azərbaycan Turizm Bürosunun və Qoruqların İdarəetmə Mərkəzinin kollektivi işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna könüllü qaydada maaşlarından ianə ediblər.

Bu barədə Frame.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Dövlət Turizm Agentliyinin əməkdaşları Silahlı Qüvvələrimizin qısa zamanda Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyinə əmindirlər!

Agentlik hərbçilərimizə, o cümlədən bu günlərdə ordu sıralarına qoşulmuş əməkdaşlarına bu müqəddəs yolda uğurlar arzulayır.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Exit mobile version