Baku City CircuitCinemaFormula 1IdmanTəqdimatƏyləncə

“Drive to survive” sənədli serialının 5-ci mövsümündə Azərbaycan Qran-Prisinin həyəcanlı məqamları yer alacaq

ABŞ-ın məşhur “Netflix” onlayn platformasının nümayəndələri Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində ölkəmizə səfər edəcəklər. Formula 1 yarışlarından bəhs edən, qısa zamanda böyük tamaşaçı marağı qazanmış “Drive to survive” sənədli serialının 5-ci mövsümündə Bakı yarışının həyəcanlı anları da yer alacaq.

Frame.az xəbər verir ki, maraqlı idman mübarizəsi ilə yadda qalan öncəki Bakı yarışlarının görüntülərinə də serialda yer verilib. 2018-ci ildə “Red Bull” komandasının pilotlarının toqquşması, 2021-ci ildə Maks Verstappenin yarışın bitməsinə üç dövrə qalmış qəzaya uğraması, Luis Hamiltonun yarışın restartındakı böyük səhvi kimi dramatik səhnələr Bakı yarışını daha da unudulmaz edib.

“Bakı yuxularıma kabus kimi girir”, – buraxdığı səhvdən sonra Luis Hamiltonun “Mercedes” komandasının rəhbəri Toto Vulf ilə söhbət zamanı səsləndirdiyi fikir “Drive to survive” izləyicilərinin diqqətindən qaçmayıb.

Serial yayımlandığı dörd mövsüm ərzində azarkeşlərə Formula 1 yarışlarının maraqlı məqamlarını, komanda və pilotların real hazırlıq prosesini, həyəcanlı görüntülərini, bir sözlə, F-1 ruhunu daha yaxından hiss etdirməyi bacarıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!