Mobil dünyaTəqdimat

Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür

Aprel ayının sonunda Keyptaunda keçirilmiş “Cyber Security Weekend 2019” konfransına dəvət olunmuş 13 yaşlı vunderkind Ruben Pol 10 dəqiqə ərzində dronun idarəetməsini ələ keçirərək, əşyaların internetinin həssaslığını nümayiş etdirdi. O, bunu, pilotsuz qurğunun proqram təminatında aşkarladığı təhlükəli protokollar vasitəsilə etdi.

Bu təcrübənin məqsədi – əşyaların internetini istehsal edən (dronlar, videodayələr, ağıllı məişət texnikası, ağıllı ev sistemləri, şəbəkəyə qoşulan oyuncaqlar və s.) şirkətlərin diqqətini məhsullarını qorumaq üçün ciddi tədbirlər görməyə çağırmaqdır. “Kaspersky Lab”, istifadəçiləri ağıllı  cihazları alarkən onların necə qorunduğunu və mümkün riskləri qiymətləndirməklərini məsləhət görür.

“Bir çox internet əşyaları istehsalçıları öz məhsullarını bazara gətirməyə çalışır və səylərini satışların artmasına  yönəldir. Yalnız mənfəəti güdərəkşirkətlər təhlükəsizlik məsələrinə ya kifayət qədər ciddi yanaşmırlar və ya ümumiyyətlə iqnor edirlər, baxmayaraq ki, hakerlərin ağıllı qurğularaböyük marağı var. Bu cihazların kibermüdafiəsi haqqında düşünmək inkişafın erkən mərhələlərində çox vacibdir, çünki əşyaların internetinə nəzarət, təcavüzkarların cihaz sahiblərinin şəxsi məkanına daxil olmaq, qiymətli məlumatları və əşyaları  oğurlamaq, hətta onların sağlamlığı və həyatı üçün təhlükə yarada bilər”, – bunu  “Kaspersy Lab” şirkətinin aparıcı antivirus mütəxəssisi Maher Yamut deyib.

“Dronun proqram təminatında zəifliyini tapmaq və üzərində tam nəzarət əldə etmək üçün mənə 10 dəqiqədən az vaxt lazım oldu. Bunu digər internet cihazları ilə də etmək olar. Əgər mən bunuasanlıqla etdimsə, deməli cinayətkarlar üçün də çətin olmayacaq. Nəticələr isə dəhşətli ola bilər. Görünür ağıllı cihazların istehsalçıları onların təhlükəsizliyinin kifayət qədər qayğısına qalmır. Onlar istifadəçiləri zərərli hücumlardan qorumaq üçün cihazlara təhlükəsizlik həllərini quraşdırmalıdırlar.” – deyə Ruben Pol bildirib.

Frame.az

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!