IqtisadiyyatTurizmTəqdimat

DTA-nın veb-saytında interaktiv statistika bölməsi istifadəyə verilib

Dövlət Turizm Agentliyinin (DTA rəsmi veb-saytında statistik məlumatların vətəndaşlar və KİV nümayəndələri üçün əlçatanlığını təmin etmək məqsədilə yeni interaktiv statistika bölməsi istifadəyə verilib.

DTA-dan Frame.az-a bildirilib ki, gəlmə statistikası göstəricilərini özündə ehtiva edən bölmənin ilk səhifəsində cari il və ay üzrə Azərbaycana səfər edən xarici vətəndaşların sayı, ölkələr və regionlar üzrə filtrləmək funksiyası öz əksini tapır.

Səhifədə ziyarətçilərə aylıq gəlmə sayına regionlar və ölkələr üzrə nəzər salmaq, eləcə də cari ilin hazırkı ayını əvvəlki ilin müvafiq ayı ilə rəqəm və faiz üzrə müqayisə etmək imkanı təqdim olunur.

Burada, həmçinin “Aylıq tendensiya” hissəsində 2019-cu, 2021-ci və 2022-ci illərin hər bir ayı üzrə gəlmə sayının dəyişməsi diaqramlar vasitəsilə göstərilir.

İnteraktiv panelin ilk səhifəsində cari ay üzrə Azərbaycana səfər sayında vətəndaşları çoxluq təşkil edən ilk 15 ölkə üzrə rəqəmlər, eləcə də bölmədə əks olunan xəritədə qeyd olunan müvafiq ölkələr üzrə rəqəmlər vizuallaşdırılıb. Səhifədə filtrləmə əməliyyatı aparıldıqdan sonra səhifədəki bütün qrafik və saylar avtomatik seçilmiş ölkə və regiona görə yenilənir.

Bölmənin 2-ci səhifəsində cari ilin ayları, eləcə də regionlar və ölkələr üzrə seçim imkanı verilir və nəticənin əks olunduğu hissədə gəlmə sayı əvvəlki illərlə müqayisədə rəqəm və faiz nisbətləri ilə göstərilir.

3-cü səhifədə isə regionlar, ölkələr, illər və aylara görə statistik göstəricilər xəritə, zolaqlı və xətti diaqramlarla təqdim edilir. Bu səhifədə 2017-ci ildən etibarən ay, region və ölkə üzrə seçim edilərək istənilən məlumatı sürətli şəkildə görmək mümkündür.

İnteraktiv panellə bu linkdən – tanış olmaq olar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!