Zəfər günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən Haçadağa yürüş təşkil ediblər. Yürüş iştirakçıları qarşıya çıxan maneələri uğurla dəf edərək təyin olunmuş yerə vaxtında çatıb, Haçadağın zirvəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandırıblar. Həmçinin yürüş iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şəklinin əks olunduğu və Dövlət Təhlükəsizliyi Xidmətinin adı və emblemi olan plakatları nümayiş etdiriblər.