CinemaTəqdimat

“Dünkirk”-40% daha çox görüntü və təkrarolunmaz təəssüratlar yalnız Azercell IMAX®- da

“Dünkirk” filmi Kristofer Nolan tərəfindən IMAX®kamerası vasitəsi ilə 70 mm-lik lentə alınmışdır.

Rejisssor Kristofer Nolanın “Dünkirk” epik dramının çoxdandır gözlənilən premyerası ərəfəsində məlum olmuşdur ki, filmin böyük hissəsi IMAX® 2D kamerasının geniş formatlı lenti ilə çəkilmişdir. Nolan filmi öz orijinal ssenarisinə əsasən çəkmişdir və bu tarixi hadisəni böyük ekranda əks etdirmək və özünəməxsus təəssürat yaratmaq məqsədi ilə IMAX® kameralarının bütün imkan və üstünlüklərindən faydalanmaq qərarına gəlmişdir.

Yalnız Azercell IMAX kinoteatrında film genişləndirilmiş 1.43:1 nisbətində təqdim olunacaq və bütün ekranı əhatə edərək izləyicilərə standart kinozallardan fərqli olaraq 40% daha çox görüntü izləmək imkanı yaradacaq. Bu isə IMAX®formatının sizlərə daha çox görüntü, yüksək keyfiyyət, filmə maksimal qərq olma və unudulmaz təəssüratlar bəxş etməsi deməkdir.

“Dünkirk” filminin çəkiliş komandası izləyiciləri yeni yüksəkliklərə apara bilmək üçün “Spitfayr” təyyarələrinə IMAX® kamerasını quraşdırmışdır. “Görüntünün unikal keyfiyyətinin dünyada analoqu yoxdur. Biz həqiqətən də çox çalışdıq və, necə deyərlər, eynəksiz virtual reallıq təəssüratını yaratdıq,” — deyə filmin rejissoru Kristofer Nolan bildirmişdir.

IMAX® formatında “Dünkirk” izləyicilərə demək olar ki, filmdəki hadisələrə qərq olmaq və İkinci Dünya Müharibəsi zamanı Dünkerk sahilində düşmənin tələsinə düşmüş 400 000 britaniyalı və müttəfiq qüvvələri xilas etmək üçün aparılan zamanla mübarizənin bir hissəsinə çevrilmək imkanı yaradır.

Filmi geniş formatda 20 iyul 2017-ci il tarixindən etibarən Azercell IMAX kinoteatrında izləyə bilərsiniz.

Film haqqında

Real hadisələrə əsaslanan bu film Britaniya, Belgiya və Fransiya əsgərlərinin Dünkirk sahilində alman qoşunları ilə əhatəyə alındığı İkinci Dünya Müharibəsi tarixinə aid olan hərbi əməliyyatdan bəhs edir.  Filmin ilk kadrlarında yüzlərlə Britaniya və müttəfiq qoşun əsgərlərinin düşmən qoşunu tərəfindən əhatəyə alındığını görürük. Əsgərlər arxdan dəniz qarşıdan isə düşmənin yaxınlaşdığını görərək tədirgin vəziyyətə düşür.

Filmin çəkilişləri Fransa, Niderland, Birləşmiş Krallıq və Los-Ancelesdə baş tutmuşdur. Filmdə çəkilmişlər: Kennet Brana, Killian Merfi, Fyon Vaythed, Mark Raylens və Tom Hardi.

Frame.az

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!