Sosial

Dünya Hemofiliya Gününə həsr edilmiş iclas keçirildi-FOTO-lar

2017 il 17 Aprel Dünya Hemofiliya Günü Dünya Hemofiliya Federasiyası həyat üçün təhlükəli qanaxmalardan əziyyət çəkən millionlarla qadın və qızlara dəstək olmağa həsr edir.

Həmin gün Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının konfrans zalında Dünya Hemofiliya Gününə həsr edilmiş iclas keçirildi. Burada hemofiliya sahəsində çalışan həkim və alimlər, dövlət və Qeyri Hökumət Təşkilatları iştirak etmişdir.
Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Hemofiliya Federasiyası 17 Aprel tarixini Dünya Hemofiliya Günü elan etdiyi üçün Azərbaycanda 17 Aprel Günü 1999-cu ildən qeyd edilir.

“Hemofiliyalı Xəstələr” İctmai Birliyi 1997-ci ildən hemofiliyalı uşaqlarımıza mənəvi dəstək, onlara qan və onun komponentləri ilə yardım məqsədi ilə fəaliyyət göstərir. Dövlətimizin diqqəti olduqdan sonra uşaqlarımız yüksək keyfiyyətli dərman preparatları ilə müalicə alır və sağlam yaşayırlar. Onlar təhsil alır, işləyir və ailə qururlar.
Toplantıda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Ayaz Hüseynov məruzə edərək ötən ilin aprel ayından bu ilin aprel ayına kimi assosiasiyanın fəaliyyəti haqqında hesabat Verdi.

Xatırladaq ki, Hemofiliya irsi qan xəstəliyidir, qanda laxtalanma sisteminin pozulması ilə müşahidə olunur. Əsas təhlükəli qanaxmalar beyindaxili qanxmadır. Bu zaman hər hansı baş-beyin zədələnməsindən baş verən qansızma həyatı təhlükəlidir. Yaxud həmin xəstələrə vaxtında dərman preparatları çatmazsa, onlar ömürlük əlilliklə üzləşirlər.
Qeyd edək ki, ötən illərlə müqayisədə bu gün Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb. Belə ki, əgər 2002-ci ildə bu xəstəlikdən əziyyət çəkən 916 nəfər var idisə, keçən il bu rəqəm 1541 nəfər olub. Bu gün ölkədə 1 103 nəfər hemofiliya A, 132 nəfər hemofiliya B, 206 nəfər isə digər qanın laxtalanma pozuntuları ilə xəstəliyindən əziyyət çəkir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!