EventsMusiqiMədəniyyətTəqdimat

Dünya şöhrətli kamança ustası Mark Eliyahu Bakıda çıxış edəcək

Dünyaca məşhur kamança ustası Mark Eliyahu yenidən Azərbaycana gəlir.

Frame.az xəbər verir ki, əfsanəvi kamança ustası Mark Eliyahu iyunun 19-da Heydər Əliyev Sarayında “Sevgi haqqında” (“About Love”) adlı maraqlı turne çərçivəsində çıxış edəcək. Musiqiçi virtuoz ifası ilə xüsusi ab-hava yaradaraq Azərbaycan tamaşaçılarına gözəl canlı musiqilər bəxş edəcək.

Məlumat üçün bildirık ki, Mark Eliyahu təkcə musiqiçi deyil, həm də multikulturalizmin və sülhün təmsilçisidir. Onun yaradıcılığı poetikliyi və zərifliyinə görə fərqlənir. O , öz incə musiqisi, həmçinin fərqli ifaçılıq tərzi ilə coğrafi sərhədləri və dil baryerlərini, eləcə də dini fərqləri aradan qaldıraraq, dünyaya nikbin bir mesaj çatdırır. Sevginin ümumbəşəri dili olan musiqi vasitəsilə M.Eliyahu musiqisevərlərin qəlbinə yol tapa bilib.

Onu da qeyd edək ki, məşhur musiqiçi M.Eliyahu 20 il əvvəl görkəmli kaman ustası Habil Əliyevdən təsirlənərək kamançanı daha dərindən öyrənmək qərarına gəlir. O, 16 yaşında İsraildən Azərbaycana gələrək, Əməkdar artist Ədalət Vəzirovun rəhbərliyi ilə kamança sənətini öyrənib. Bu günə qədər o, Habil Əliyevin ona hədiyyə etdiyi kamançada ifa edir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!