MusiqiMədəniyyət

Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin 90 illik yubileyi Varşavanın Kral Sarayında qeyd ediləcək

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” 10 fevral 2017-ci il tarixli, 2663 nömrəli Sərəncamının içrası çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə cari ilin 24 sentyabr tarixində Polşanın ən mötəbər konsert zallarından biri olan Kral Sarayında təntənəli konsert təşkil ediləcəkdir.

Varşava şəhərində keçiriləcək təntənəli konsertdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov, Əməkdar artist, Prezident mükafatçısı, tarzən Sahib Paşazadə və Əməkdar artist, violoncel ifaçısı Aleksey Miltıx çıxış edəcəkdir. Konsertdə M.Rostropoviçə həsr edilmiş və onun tərəfindən ifa edilən əsərlərlə yanaşı, o cümlədən Ü.Hacıbəyovun “Aşıqsayağı”, F.Bədəlbəylinin “Şuşa”, R.Şumanın “İthaf” və s. əsərlər ifa ediləcəkdir.

Konsertdə Polşa hökumət nümayəndələrinin, Polşada akkreditə olunmuş diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərlərinin və üzvlərinin, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, Azərbaycan icmasının üzvlərinin, iş adamları və jurnalistlərin iştirakı nəzərdə tutulur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!