Rusiyada təşkil olunan “DÇ-2018” elə meydan sahiblərinin oyunu ilə başlayıb.
A qrupunda yarışan Şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matçla start veriblər. Çerçesovun komandası asiyalılarla oyunu DÇ-yə uğurlu başlamaq üçün əla şans kimi qəbul edilirdi. Ruslar bu şansı əldən verməyiblər. Səudiyyə yığmasını 5:0 hesabı ilə darmadağın ediblər.
Qeyd edək ki, matç başlamazdan əvvəl hər iki ölkənin dövlət himni səsləndirilib. Bu zaman futbolçuların yanında dayanan uşaqlardan biri Musa Allahverdiyev adlı 10 yaşlı azərbaycanlı olub. O, “Dəcəl Balam Ailə və Uşaq İnkişad Mərkəzi”nin rəhbəri Dilşad Musanın oğludur.